A (roman)
A — Qaraqan tərəfindən yazılmış roman. Milli Kitab Mükafatı laureatı. MəzmunTam xaos. Paranoya. Həyatdan bezmiş bir qrup gənc dünyanın xilasını onun məhvində görür. Müasir Bakı, cağdaş problemlər. "Biz dünyaya niyə gəlmişik?" Ən dərin fəlsəfi suallara ən sərt cavablar. A kimdir? O nə etmək istəyir? Kontrkultura, alternativ düşüncə. Ən dəhşətli yanğınlar kiçik qığılcımdan başlayır. QəbuluBəzi şəxslər əsəri Paulo Koelyonun "Portobelli cadugər" romanı, bəziləri isə Çak Palanikin "Döyüşçü klubu" romanı, yaxud da kinossenarist Cim Ulsun roman əsasındakı ssenarisi üzrə rejissor Devid Finçerin eyniadlı filmindən plagiat olduğunu iddia ediblər.[1][2] Qaraqan və bəziləri əsərin plagiat olması iddiasını rədd etmişdir.[2][3][4] Əsərin 2010-cu ildə ilk dəfə təşkil olunan Milli Kitab Mükafatını qazanması bəzi şəxslər tərəfindən tənqid olunmuşdur.[5][6][7] MükafatlarıƏsər 2010-cu ildə ilk dəfə təşkil olunan Milli Kitab Mükafatının qalibi olmuşdur.[8] Bəzi şəxslər bu hadisəni tənqid etmişdir.[5][6][7][9] Həmin il əsər III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsinin "2010-cu ilin ən yaxşı romanları" nominasıyasında 6 qalib romandan biri olub.[10] Həmçinin baxİstinadlar
Xarici keçidlər
|