Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsiAvropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi — azadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. MəzmunuMaddə 5 — Azadlıq və toxunulmazlıq hüququ 1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz: (a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması; 2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. 3. Bu maddənin 1-ci bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. 4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. 5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin kompensasiya hüququ var. TarixiAzadlıq və toxunulmazlıq hüququnun mühümlüyü bir sıra mühüm sənədlərdə əsrlər boyu təsdiq edilib; məsələn, 1215-ci il tarixli Azadlıqlar haqqında Böyük Xartiyada və XVIII əsr Amerika və Fransa Konstitusiyalarında öz əksini tapıb. 5-ci maddənin başlıca məqsədi fərdin fiziki azadlığının qanunsuz həbsdən qorunmasını təmin etməkdir. Şəxsin sadeəcə hərəkət azadlığının məhdudlaşdırılmasına bunun aidiyyəti yoxdur; belə ki, həımin məsələ 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. Həmçinin baxƏdəbiyyat
İstinadlar |