Share to:

 

Beriyev A-50

Beriyev A-50
А-50
Tipi uzaq radiolokasiya müəyyən və idarə edilməsi
İlk uçuş 1978
İstismara verilmə tarixi 1984
İstismarçılar Rusiya Hava Qüvvələri
Buraxılış sayı 40 (təqribən)
Hazırlanma dəyəri $330 mln.
Baza modeli İlyuşin İL-76
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beriyev A-50 ("A" məhsulu, NATO kodlaşdırılmasına görə: Mainstay — "İstinadgah") — uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi. "Moss"u əvəz etmək üçün nəzərdə tutulmuş "A-50" ilk uçuşunu 1978-ci ildə gerçəkləşdirmişdir. 1984-cü ildə, Rusiya HHQ-də istifadəyə verilmiş və 1992-ci ildən bu yana təxminən 40 ədəd istehsal edilmişdir.

Layihələndirilməsi və hazırlanması

 Beriyev A-50 Şmel

15 nəfərdən ibarət olan heyəti, antennası təyyarənin üst hissəsində 29 ft 9 in (9.00 m) hündürlüyündəki fırlanan radar günbəzinə yerləşdirilmiş Liana izləmə radarından məlumatları toplayır. A-50 maksimum 10 dədə  hərbi təyyarəni idarə  edə bilir. Təyyarənin maksimum qalxış çəkisi olan 190 ton ilə  aviabazadan havaya qalxıb 1000 km mənzilə qədər 4 saat dayanmadan uça bilər.

Təyyarə nəzəri olaraq İL-78 tərəfindən havada yanacaqdoldurma qabiliyyətinə malik olmasına baxmayaraq test uçuşları zamanı tanker təyyarənin quyruq turbulentliyinə girərək həddindən artıq silkələndiyinə görə demək olar ki, bunun mümkün olmadığı görünmüşdür.[1] "Veqa-M" radarı Moskvada MNIIP tərəfindən modernləşdirilimişdir və NPO-Vega-M tərəfindən istehsal olunmuşdur. "Vega-M" radarı 230 km mənzil içindəki 50 müxtəlif hədəfi eyni zamanda izləyə bilir. Gəmi kimi böyük hədəfləri 400 km uzaqlıqdan da görmək olur.

Modelləri

СКИП - Lil-76md model
  • A-50m - təkmilləşdirilmiş Rus Modeli[2]
  • A-50У - yenilənmiş Modeli, Rusiya üçün
  • İzdeli-676[3] - istehsal yalnız bir dəfəyə məxsus müvəqqəti istehsal olunan  , telemetriya izləmə modeli
  • İzdeli-776 - istehsal yalnız bir dəfəyə məxsis müvəqqəti istehsal onunan telemetriya və izləmə modeli
  • İzdeli-976 (SKİP) - (СКИП - Təyyarə Nəzarət-İdarəetmə Məntəqəsi) - İL-76 bazasında yaradılan Məsafədan İdarəetmə və Raket İzləmə platforması. İlk olaraq Raduga Kh-55 idarə olunan nüvə raketləri sınaqlar dəstəkləmək üçün istehsal edilmişdir. Digər avadanlıqlarlala təchiz olunumuş stasionar radar qapağı və monitorlu izləmə operatoru kabinəsi vardır ( bir prototipi və beş ədəd istehsalı).
  • İzdeli-1076 - bir dəfəyə məxsus buraxılan xüsusi xidmət modeli. Missiyası haqqında məlumat mövcud deyil.
  • A-50İ - İsrail Phalcon radarı ilə təchiz edilmiş model, Çin Xalq Respublikası üçün dizayn edilmişdir , ABŞ-nın göstərdiyi yüksək təzyiqlə layihə ləğv edilmişdir .
  • A-50E/I - Rus Shmel və ya İsrail Phalcon radar ilə təchiz edilmiş ixrac modeli.
  • KJ-2000 - Çin şirkəti tərəfindən işlənib hazırlanmış A-50İ bazalı model.

İstifadəçilər

Rusiya
  • Rusiya HHQ-i - 29 ədəd istifadə etməkdədir
SSRİ
  • Sovet Hərbi Hava Qüvvələrinin (Keçmiş)
  • Sovet Hava Hücumundan Müdafiə Qüvvələri (Köhnə)

Texniki Xüsusiyyətləri (A-50)

Ümumi Xarakteristikaları

  • Ekipaj: 15
  • Uzunluq: 49.59 metr (152 ft 8 in)
  • Qanad açıqlığı: 50.50 metr (165 ft 6 in)
  • Yüksəklik: 14.76 metr (48 ft 5 in)
  • Qanadın sahəsi: 300 m² (3,228 ft²)
  • Boş çəkisi: 75,000 kq (165,347 lb)
  • Maksimum qalxış ağırlığı: 170,000 kq (374,786 lb)
  • Güc qurğuları: 4× D-30KP Turbofan, 117,68 kN (35,200 lbf) bir ədədi
  • Maksimum sürət: 800 km/s (497 mph)
  • Uçuş mənzili: 6,400 km (3,977 mi)
  • Xidmət hündürlüyü: 12,000 m (39,371 ft)

İstinadlar

  1. [Ilyushin IL-76, Russia's Versatile Airlifter, Aerofax]
  2. "Russia modernizes fleet of A-50M AWACS planes". 2012-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  3. [Gordon, Yefim, OKB Ilyushin, 2004, London]

Həmçinin bax

Müasirləşdirmə il bağlı: İl-76, KJ-2000

Həmkarı olan Hava Gəmiləri: E-3 Sentry

Index: pl ar de en es fr it arz nl ja pt ceb sv uk vi war zh ru af ast az bg zh-min-nan bn be ca cs cy da et el eo eu fa gl ko hi hr id he ka la lv lt hu mk ms min no nn ce uz kk ro simple sk sl sr sh fi ta tt th tg azb tr ur zh-yue hy my ace als am an hyw ban bjn map-bms ba be-tarask bcl bpy bar bs br cv nv eml hif fo fy ga gd gu hak ha hsb io ig ilo ia ie os is jv kn ht ku ckb ky mrj lb lij li lmo mai mg ml zh-classical mr xmf mzn cdo mn nap new ne frr oc mhr or as pa pnb ps pms nds crh qu sa sah sco sq scn si sd szl su sw tl shn te bug vec vo wa wuu yi yo diq bat-smg zu lad kbd ang smn ab roa-rup frp arc gn av ay bh bi bo bxr cbk-zam co za dag ary se pdc dv dsb myv ext fur gv gag inh ki glk gan guw xal haw rw kbp pam csb kw km kv koi kg gom ks gcr lo lbe ltg lez nia ln jbo lg mt mi tw mwl mdf mnw nqo fj nah na nds-nl nrm nov om pi pag pap pfl pcd krc kaa ksh rm rue sm sat sc trv stq nso sn cu so srn kab roa-tara tet tpi to chr tum tk tyv udm ug vep fiu-vro vls wo xh zea ty ak bm ch ny ee ff got iu ik kl mad cr pih ami pwn pnt dz rmy rn sg st tn ss ti din chy ts kcg ve 
Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 
Kembali kehalaman sebelumnya