Con Neş (ing. John Forbes Nash; 13 iyun 1928[2][3][…], Blufayld[d], Qərbi Virciniya[10] – 23 may 2015[4][2][…], Monroe qəsəbəsi[d], Nyu-Cersi[11]) — amerikalı riyaziyyatçı və iqtisadçı. Oyunlar nəzəriyyəsindəki tədqiqatlarına görə 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını Reynhard Zelten və Con Xarsani ilə bölüşmüşdür. Eyni zamanda diferensial həndəsə və qismi diferensial tənliklər sahələrindəki tədqiqatları ilə də tanınır. Nəzəriyyələri bazar iqtisadiyyatı, hesablama, təkamül biologiyası, süni intellekt, mühasibat, siyasət və hərbi nəzəriyyələrdə istifadə olunur.
Həyatı
Con Neş bakalavr və magistr təhsilini Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) tamamladıqdan sonra doktorluq dərəcəsinə yüksəlmək üçün Prinston Universitetinə getdi. 21 yaşında hazırladığı doktorluq dissertasiyası olan Oyunlar nəzəriyyəsi uzun illər sonra, 1994-cü ildə ona İqtisadiyyat üzrə Nobel mükafatını qazandırmışdı. Con Neş Con fon Neymanın kəşfi olan Oyunlar nəzəriyyəsindəki problemləri həll edib, onu istifadəyə yararlı hala gətirdi. Con Neş 30 yaşına qədər parlaq düşüncələri və gözə gəlimli şəxsiyyətinə görə sürətlə yüksələrək riyaziyyat toplumunun qabaqcıl şəxslərindən biri oldu. Massaçusets Texnologiya İnstitutunda professor olaraq işləməyə başlayarkən Alisa Lerdi ilə tanış oldu. Lerdi həmin vaxt hələ fizika tələbəsi idi. Con Neşin şizofreniya problemləri başlamazdan əvvəl cütlüyün bir oğlu oldu. Con Neş həmçinin Soyuq müharibə dövründə ABŞ ordusunda gizli şifrələrin açılmasında iştirak etmişdi.
Xəstəliyinin ilk göstəriciləri 1958-ci ildə özünü büruzə verməyə başladı. Otaq yoldaşı olmamasına baxmayaraq ətrafındakılara otaq yoldaşı haqqında danışaraq onları qorxutmuş və otaq yoldaşı ilə xəyali söhbətləri onun şizofreniyadan əziyyət çəkdiyini ortaya çıxartmışdı.[13][14][15] Daha sonra səy göstərərək bu xəstəliyin öhdəsindən gəlmişdi.
Alisa Lerdi və Con Neş cütlüyü 1963-cü ildə boşandı və 1970-ci ildə yenidən barışdılar. Tez-tez araları dəyib yenidən barışan cütlük özləri haqqında "bir dam altındakı iki yad" bənzətməsini etmişdi. Con Neş 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldükdən cütlük yenidən barışdı və 1 iyun 2001-ci ildə yenidən evləndilər.
Con Neş 1945–1996-cı illərdə 23 elmi tədqiqat nəşr etdirdi, həmçinin "Oyunlar haqqında esselər" (1996) və "Con Neşin əsas özəlliyi" adlı kitablar yazdı. Bundan əlavə "Hex" və "So Long Sucker" adlı iki məşhur oyunun müəlliflərindən biridir. Con Neş Prinstonda riyaziyyatla bağlı tədqiqatlar aparırdı.
Onun həyatı haqqında "Ağıl oyunları" (ing. A Beautiful Mind) filmi çəkilmişdir.
Con Neşin 23 rəqəmi ilə bağlı inancı vardı. Belə ki, o, cəmi 23 məqalə nəşr etdirmişdi.
Con Neş 21 avqust 2009-cu ildə ürək tutması keçirdi. Dörd gün xəstəxanada yatdıqdan sonra özünə gəldi və evinə qayıtdı.
23 may 2015-ci ildə öz həyat yoldaşı ilə avtomobil qəzasının nəticəsində vəfat etmişdir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 John F. Nash // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 John Nash Dead: 'A Beautiful Mind' Mathematician Killed In Car Accident. // HuffPost Nyu-York: 2015.
- ↑ 1 2 https://www.princeton.edu/news/2015/05/27/tragic-meaningful-life-legendary-princeton-mathematician-john-nash-dies.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 http://www.ams.org/fellows_by_year.cgi?year=2013.
- ↑ 1 2 http://www.ams.org/news?news_id=1680.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ 1 2 Nowak M. A. John Forbes Nash (1928-2015). (ing.). // Nature / M. Skipper NPG, Springer Science+Business Media, 2015. Vol. 522, Iss. 7557. P. 420. ISSN 1476-4687; 0028-0836 doi:10.1038/522420A PMID:26108846
- ↑ 1 2 Famed 'A Beautiful Mind' mathematician John Nash, wife, killed in N.J. Turnpike crash (ing.). Jersey City.
- ↑ https://qz.com/411383/princeton-mathematician-john-nash-and-his-wife-alicia-are-killed-in-a-car-accident/.
- ↑ "Oscar race scrutinizes movies based on true stories" Arxivləşdirilib 2010-05-27 at the Wayback Machine. USA Today. March 6, 2002. Retrieved January 22, 2008.
- ↑ "List of Oscar Winners" Arxivləşdirilib 2011-01-06 at the Wayback Machine. USA Today. March 25, 2002. Retrieved August 30, 2008.
- ↑ Yuhas, Daisy. "Throughout History, Defining Schizophrenia Has Remained A Challenge (Timeline)" Arxivləşdirilib 2013-04-13 at the Wayback Machine. Scientific american Mind (March 2013). Retrieved March 2, 2013.
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
|
---|
1969 – 1975 | |
---|
1976 – 2000 | 1976 - Milton Fridmen • 1977 - Bertil Ulin, Ceyms Mid • 1978 - Herbert Saymon • 1979 - Teodor Şults, Artur Lyuis • 1980 - Lorens Kleyn • 1981 - Ceyms Tobin • 1982 - Corc Stiqler • 1983 - Cerard Debre • 1984 - Riçard Stoun • 1985 - Franko Modilyani • 1986 - Ceyms Byukenen • 1987 - Robert Solou • 1988 - Moris Allays • 1989 - Trüqve Hovelmu • 1990 - Harri Markovits, Merton Miller, Uilyam Şarp • 1991 - Ronald Kouz • 1992 - Hari Bekker • 1993 - Robert Fogel, Duqlas Nort • 1994 - Con Xarsani, Con Neş, Reynhard Zelten • 1995 - Robert Lukas • 1996 - Ceyms Mirrlis, Uilyam Vikri • 1997 - Robert Merton, Mayron Şoulz • 1998 - Amartya Sen • 1999 - Robert Mandell • 2000 - Ceyms Hekman, Deniel Makfadden |
---|
2001 – indi | 2001 - Corc Akerlof, Maykl Spens, Cozef Stiqlits • 2002 - Deniel Kaneman, Vernon Smit • 2003 - Robert İnql, Kliv Qrendjer • 2004 - Finn Kidland, Edvard Preskott • 2005 - Robert Aumann, Tomas Şellinq • 2006 - Edmund Felps • 2007 - Leonid Qurvits, Erik Meskin, Rocer Mayerson • 2008 - Pol Kruqman • 2009 - Elinor Ostrom, Oliver Uilyamson • 2010 - Piter Daymond, Deyl Martinsen, Xristofor Pisserides • 2011 - Tomas Sercent, Xristofor Sims • 2012 - Elvin Rot, Lloyd Şepli • 2013 - Lars Piter Hansen, Robert Şiller, Yucin Fama • 2014 - Jan Tirol • 2015 - Enqus Diton • 2016 - Oliver Hart, Benqt Holmström • 2017 - Riçard Taler • 2018 - Uilyam Nordhos, Pol Romer • 2019 - Abirjit Banerji, Ester Düflo, Maykl Kremer |
---|