Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Ekvador (isp. Ecuador) və ya rəsmi adı ilə Ekvador Respublikası (isp. República del Ecuador) — Cənubi Amerikada dövlət. Ekvador Cənubi Amerikanın şimal-qərbində yerləşir. Şimalda Kolumbiya, şərqdə və cənubda Peru ilə həmsərhəddir. Qərbdə isə Sakit okeana çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Kito, ümumi sahəsi 256,370 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ekvador həmçinin materikdən təxminən 1000 kilometr qərbdə yerləşən Sakit okeandakı Qalapaqos adalarını da əhatə edir.
Tarixi
Hazırkı Ekvadorun ərazisi ispanlar tərəfindən 1534-cü ildə zəbt edilmişdir. 1739-cu ildə bu ölkənin ərazisi Kolumbiyanın və Venesuelanın da daxil olduğu Yeni Qrenada Vitse-Krallığının tərkibinə daxil olur. 1822-ci ildə Böyük Kolumbiyanın bir hissəsinə çevrilir. 1830-cu ildə isə istiqlaliyyət qazanır. 1863-cü ildə ərazi mübahisəsindən iki ölkə arasında Kolumbiya-Ekvador müharibəsi baş verir. Ekvadorun əsas geosiyasi rəqəbi Perudur.