Persi Slec
Persi Slec (ing. Percy Sledge; 25 noyabr 1941 — 14 aprel 2015) — amerikalı müğənni, daha çöx özünün 1966-cı ildə "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutmuş — "When a Man Loves a Woman" mahnısı sayəsində məşhurluq qazanıb.[1][2] Müğənni 2005-ci ildə "Rok-n-Roll Şöhrət Zalı"na qəbul edilib.[3] 2004-cü ildə Rolling Stone jurnalı "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 54-cü yerə layiq görmüşdür.[4] Mahnı 2011-ci ilin siyahısında 53-cü yerdə qərarlaşıb.[5] "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyası eyni zamanda "Rok-n-Roll Şöhrət Zalı" tərəfindən tərtib edilən — 500 Songs That Shaped Rock and Roll siyahısına daxildir.[6] İstinadlar
Xarici keçidlər
|