Share to:

 

Qətərin HƏMAS-a dəstəyi

Qətərin HƏMAS-a dəstəyiQətər dövlətinin Fələstinin HƏMAS silahlı təşkilatına dəstəyi. Qətər HƏMAS-ın əsas maliyyə dəstəkçisi və müttəfiqidir. Qətər HƏMAS-a 1,8 milyard dollardan çox vəsait köçürmüşdür.[1][2] 2012-ci ildə HƏMAS lideri Xalid Məşəl Suriyadan Qətərə köçəndə Qətər HƏMAS partiyasının rəhbərliyinə ev sahibliyi etmişdi.[3] HƏMAS-ın hazırkı rəhbəri İsmayıl Həniyyə 2016-cı ildən Dohada yaşayır.[4] Qətər HƏMAS-ın ən mühüm maliyyə dəstəkçisi və xarici müttəfiqi adlandırılmışdır.[5][6]

Tarixi

2007-ci ildə qruplaşma Fələstin İdarəsini Qəzzə zolağından devirdikdən sonra Qətər Türkiyə ilə birlikdə HƏMAS-ı dəstəkləyən yeganə ölkə idi.[3] 2008-ci və 2009-cu illərdə Xalid Məşəl Doha Sammitinə dəvət olunmuş, burada o zamankı Qətər əmiri Həməd ibn Xəlifə Sani ilə yanaşı oturmuş, Sani İsrailin Qəzzəyə qarşı müharibəsində İsrailin vurduğu ziyanı bərpa etmək üçün 250 milyon dollar vəd etmişdir. Bundan sonra HƏMAS və Qətər arasındakı əlaqələr möhkəmlənmişdir. Bu hadisələr Qətərin "Fələstin məsələsində" əsas oyunçuya çevrilməsinə səbəb olmuşdur. Qətər Qəzzənin blokadasını ədalətsiz və əxlaqsız adlandırmışdır. Bundan sonra Qəzzədə yerləşən HƏMAS hökuməti, o cümlədən keçmiş baş nazir İsmayıl Həniyyə Qətərə "şərtsiz" dəstəyə görə təşəkkür etmişdir. O vaxtdan bəri Qətər müntəzəm olaraq HƏMAS-a siyasi, maddi, humanitar və xeyriyyə yardımı verməyə başlamışdır.[7]

2012-ci ildə Həməd ibn Xəlifə Sani HƏMAS-ın hakimiyyəti altında Qəzzəyə səfər edən ilk dövlət başçısı olmuşdur. O, yenidənqurma məqsədləri üçün 400 milyon dollar yığmağa söz vermişdir.[8] Mənbələrdə qeyd edilmişdir ki, HƏMAS-ı müdafiə etmək Türkiyə və Qətər üçün siyasi cəhətdən faydalıdır, çünki Fələstin məsəsləsi öz ölkəsində vətəndaşları arasında xalq tərəfindən dəstək alır.[9]

7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna qəfil hücumundanHƏMAS–İsrail müharibəsi müharibəsinin başlamasından sonra Qətərin Dohada HƏMAS siyasi ofisinə ev sahibliyi etməsi daha çox diqqət mərkəzində olmuşdur. Dohada Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Sani ilə birlikdə mətbuata açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken "HƏMAS ilə hər zamanki kimi iş ola bilməz" demişdir.[10][11][12]

İstinadlar

  1. Ehl, David. "Who is Hamas? Who supports Hamas? What you need to know". Deutsche Welle. May 15, 2021. November 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2023.
  2. "Qatar, Iran, Turkey and beyond: The galaxy of Hamas supporters". France 24 (ingilis). 2023-10-14. 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-15.
  3. 1 2 Gidda, Mirren. "Hamad Still Has Some Friends Left". Time. July 25, 2014. April 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2023.
  4. "Shadowy Hamas official with ties to Iran tapped to lead Gaza". The Times of Israel. 29 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2016.
  5. "Who is Hamas? Who supports Hamas? What you need to know". Deutsche Welle. May 15, 2021. November 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2023.
  6. "Hamas is feeling the pain of Qatar's crisis, and is looking to Egypt for help". Los Angeles Times. June 19, 2017. November 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2023.
  7. "Hamas Ties to Qatar Have Cost". April 22, 2013. June 16, 2016 tarixində arxivləşdirilib.
  8. Black, Ian; Sherwood, Harriet. "Qatari emir's visit to Gaza is a boost for Hamas". The Guardian. October 23, 2012. October 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2023.
  9. Levs, Josh. "Which Mideast power brokers support Hamas?". CNN. August 6, 2014. October 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2023.
  10. Pamuk, Humeyra; Mills, Andrew; Lewis, Simon; Pamuk, Humeyra. "Blinken tells Arab leaders 'no more business as usual' with Hamas". Reuters (ingilis). 2023-10-13. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
  11. "Hamas Qatar office in spotlight as Gaza war intensifies". France 24 (ingilis). 2023-10-19. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
  12. Hudson, John. "U.S., Qatar to revisit Doha's ties to Hamas after Gaza hostage crisis". Washington Post (ingilis). 2023-10-26. ISSN 0190-8286. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
Index: pl ar de en es fr it arz nl ja pt ceb sv uk vi war zh ru af ast az bg zh-min-nan bn be ca cs cy da et el eo eu fa gl ko hi hr id he ka la lv lt hu mk ms min no nn ce uz kk ro simple sk sl sr sh fi ta tt th tg azb tr ur zh-yue hy my ace als am an hyw ban bjn map-bms ba be-tarask bcl bpy bar bs br cv nv eml hif fo fy ga gd gu hak ha hsb io ig ilo ia ie os is jv kn ht ku ckb ky mrj lb lij li lmo mai mg ml zh-classical mr xmf mzn cdo mn nap new ne frr oc mhr or as pa pnb ps pms nds crh qu sa sah sco sq scn si sd szl su sw tl shn te bug vec vo wa wuu yi yo diq bat-smg zu lad kbd ang smn ab roa-rup frp arc gn av ay bh bi bo bxr cbk-zam co za dag ary se pdc dv dsb myv ext fur gv gag inh ki glk gan guw xal haw rw kbp pam csb kw km kv koi kg gom ks gcr lo lbe ltg lez nia ln jbo lg mt mi tw mwl mdf mnw nqo fj nah na nds-nl nrm nov om pi pag pap pfl pcd krc kaa ksh rm rue sm sat sc trv stq nso sn cu so srn kab roa-tara tet tpi to chr tum tk tyv udm ug vep fiu-vro vls wo xh zea ty ak bm ch ny ee ff got iu ik kl mad cr pih ami pwn pnt dz rmy rn sg st tn ss ti din chy ts kcg ve 
Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 
Kembali kehalaman sebelumnya