Vətəndaş A
"Vətəndaş A" – Azərbaycan teleserialı. Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında müasir dövrə adaptasiya edilərək çəkilmişdir. Dram janrında olan serial, "SFN film" studiyası istehsal etmişdir və 21 sentyabr-7 dekabr 2024-cü ildə İTV-də yayımlanmışdır. MəzmunTeleserial vətəndaşın kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini vurğulamağı və vətəndaş kimliyinin formalaşmasında təhsilin həlledici əhəmiyyətini göstərməyə çalışır. Filmin baş qəhrəmanı Almaz (Günəş Mehdizadə) Bakıdan Abdalbəyli adlı ucqar dağ kəndində məktəbdə işləməyə təyinat almış tarix müəllimidir. Kəndə gələn Almaz dərs dediyi məktəbdə və kəndin özündə baş verən qanunsuzluqlar, özbaşınalıqlar, həmçinin qadın hüquqları uğrunda mübarizə aparır.[1] İstehsalı"SFN Film" şirkəti tərəfindən istehsal olunub. Serialın ssenarisini Asiman Ağa Rövşən Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənərək yazmışdır. Lakin ssenari həm süjeti, həm obrazları, həm dialoqları etibarilə pyesdən tamam fərqlidir. Prodüseri Sevinc Əliyeva olan "Vətəndaş A" rejissor Elvin Rüstəmzadə tərəfindən 2024-cü ildə ekranlaşdırılmışdır. Teleserialın çəkilişlərinə 2023-cü ilin başlanılıb və 2024-cü ildə yanvar ayında yekunlaşıb.[2] Serialdan ilk fraqmentlər isə 19 may 2024-cü ildə yayımlanıb. Çəkilişlər Daşkəsənin Bayan kəndində, Şamaxı və Bakı şəhərlərində baş tutmuşdur.[3] Ekran işinin ilk bölümündə Almazın rayona gəldiyi avtobus səhnəsi üç bölgədə – Şamaxı, Lahıc və Daşkəsəndə lentə alınıb. Bir neçə dəqiqəlik səhnə 7 gün ərzində çəkilib.[4] Çəkiliş heyətiYaradıcı heyət
Rollarda
Seriya siyahısı
Xarici keçidlərVikisitatda Vətəndaş A ilə əlaqədar sitatlar var.
Həmçinin baxİstinadlar
|